25 C
Baku
Monday, April 29, 2024

Rusiya-Ukrayna müharibəsinin 61-ci günü

17:00 — Rus rublu dollara ‘güclü’ müqavimət göstərir: Məzənnə müharibədən öncəki səviyyəyə qayıdır. Ətraflı.

15:10 — Ukrayna Azovstal zavodundan humanitar dəhlizdə ‘razılaşma yoxdur’ deyir.

14:50 — Rusiya Federasiyası Prezidenti Vladimir Putin bu gün bunları deyir:

    • Qərb Rusiya cəmiyyətini parçalaya bilmir.
    • Ukraynda millətçiləri və xarici muzdlular tərəfindən çoxsaylı beynəlxalq hüququn pozulmasına diqqət çəkir.
    • Rusiya iqtisadiyyatının stabil işləməsi üçün hər cür imkan var.
    • Sanksiyalar altında olan vətəndaşlara dəstək mexanizmləri bütün səviyyələrdə fasiləsiz işləməlidir.

11:30 — Putin Makronu Fransada keçirilən prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Kremldən məlumat verilib. (TASS)

10:22 — Fransanın “Renault” konserni “AvtoVAZ”ı satmağa hazırlaşır. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir. Verilən məlumata görə, zavodun yeni sahibi “Rostex” və ya Sənaye və Ticarət Nazirliyinin strukturları ola bilər.

09:58 — Britaniya MN: Ukraynanın Mariupolu müdafiə etməsi qarşı tərəfin döyüş qabiliyyətini aşağı salıb.

09:56 — Rusiya ABŞ-a Ukraynaya silah tədarükünü dayandırması ilə bağlı nota göndərib.

09:26 — Ukrayna Baş Qərargahı: “Təkcə Donbas istiqamətində Rusiyanın 13 tankı məhv edilib”

09:20 — Azərbaycan Rusiyaya qazın dəyərini rublla ödəməyə başlayıb.

06:35  —Rusiya müdafiə xərclərinin ən çox olduğu ilk beş ölkədən biridir

05:20  —Ukrayna hərbçiləri Nikolayev vilayətinin daha bir neçə yaşayış məntəqəsinə nəzarəti bərpa edib.

04:38 — İtaliyanın baş naziri Mario Draqi bildirib ki, İtaliya Ukraynaya ən son texnologiya ilə hərbi yardım göndərir.

03:16 — Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı altıncı sanksiyalar paketi Rusiyadan neft idxalına məhdudiyyəti nəzərdə tutur.

02:32 — Moskvanın Vnukovo aeroportu işçi qəbulunu dayandırıb və əməkdaşlarının bir qismini məcburi boşdayanmaya göndərib.

01:20 — Ukrayna ordusu Donbasda 13 rus tankını məhv edib.

01:03 — ABŞ gələn həftə Ukraynaya yeni yardımı elan etməyə hazırlaşır. Məlumatı Ağ Evin Milli Təhlükəsizlik müşavirinin müavini Con Fayner təsdiqləyib.

00:21 — Kiyev Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya maliyyə yardımı üçün istifadəsinə dair ABŞ-la danışıqlar aparır.


Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər