15 C
Baku
Sunday, November 24, 2024

İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis – PAŞA Sığorta ASC

0
İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis – PAŞA Sığorta ASC
23.09.2019

“PAŞA Sığorta” ASC namizədləri “İnformasiya sitemlərinə dəstək üzrə mütəxəssis” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İnformasiya sistemlərinə (ERP, CRM və s.) dəstəyin göstərilməsi;
• İnsidentlərin və istifadəçi sorğularının qəbulu, təsnifatı, yönləndirilməsi və həll edilməsi;
• Sorğuların statuslarında dəyişikliklərin izlənilməsi və icra müddətlərinə nəzarət;
• İstifadəçi hesablarının idarə olunması;
• Mövcud səhvlərin aradan qaldırılması və mövcud səhvlərin aradan qaldırılması üçün sorğuların proqramçılara yönləndirilməsi və buna nəzarət;
• İnformassiya sistemlərinə edilən sınaq məqsədli dəyişikliklərin təşkili və buna nəzarət edilməsi;
• İnformasiya sistemlərinin istifadəyə yararlılığının monitorinqi və ən sürətli şəkildə bərpasının təşkil edilməsi;
• SLA reqlamentlərinin icrasını təmin edilməsi;
• Şirkətin informasiya təhlükəsizliyi qaydalarının icrasının təmin edilməsi;
• İstifadəçi təlimatlarının və F.A.Q.-ların tərtib edilməsi.

Bilik və bacarıqlar:

• İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
• Proqramlaşdırma bacarığı;
• T-SQL proqramlaşdırma üzrə biliklər;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• MS Office ilə qabaqcıl istifadə bacarıqları;
• Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;
• İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.

Son müraciət tarixi: 15 oktyabr, 2019.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta