Have a Question?
Valyuta dəhlizi – Mərkəzi Bankın milli valyutanın məzənnəsinə nəzarət etmək üçün istifadə etdiyi metodlardan biridir və məzənnənin aşağı və yuxarı hədlərini müəyyənləşdirilməsini nəzərdə tutur. Mərkəzi Bank valyuta müdaxiləsi yolu ilə açıq şəkildə məzənnəni bu hədlər daxilində saxlayacağını vəd edir.
Bir tərəfdən, valyuta dəhlizi Mərkəzi Banka ehtiyatlardan daha səmərəli istifadə etmək imkanını verir, digər tərəfdən isə bazarın digər iştirakçıları, banklar, idxalçılar və ixracatçılar üçün proqnozlaşdırıla bilən şərait yaradır.