13 C
Baku
Saturday, November 23, 2024

Diler kimdir?

0

Have a Question?

İnvestisiya bazarında diler –  qiymətli kağızlar bazarında aktivlərin müəyyənləşdirilmiş qaydada öz hesabına alqı-satqısını həyata keçirən iştirakçıdır. Çox vaxt dilerlər ikitərəfli kotirovkaları satışa qoyurlar. İkitərəfli kotirovkalar dedikdə, şirkətin qiymətli kağızı bir qiymətə alıb başqa qiymətə satması nəzərdə tutulur.

Bəzi birjalar diler sisteminə əsaslanırlar. Belə ki, səhmin London birjasında ticarətə buraxılması üçün ən az iki diler tələb olunur. Bu, qiymətli kağızın likvidliyini təmin edilməsi üçün lazımdır.

Beynəlxalq Forex valyuta bazarı da həmçinin diler sisteminə əsaslanır. İnvestorlar üçün ticarət təşkil edən şirkətlər də eyni qaydada fəaliyyət göstərirlər.