Have a Question?
“Bütün işsizlər birdəfəlik yardımı almayacaq”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, işsizliklə bağlı müavinətlərin verilməsi üçün müraciətlərin sayı sürətlə artır: “Bir sutka ərzində 10 minlərlə müraciət göndərilib. Əksəriyyətinin də buna haqqı yox idi. Biz artıq müraciətlərin asanlaşdırılması üçün bir neçə addım atmışıq. İnterneti olmayanlar rayon Məşğulluq Xidmətinə zəng edərək şəxsiyyət vəsiqələrinin FİN kodunu təqdim edə bilər.
İşsizliklə bağlı birdəfəlik ödəmə bütün işsizlərə verilməyəcək. Özü və ya həyat yoldaşı dövlətdən hər hansı formada sosial ödəniş alırsa, onlara birdəfəlik müavinət verilməyəcək. İnsanlar fikirləşməsin ki, qoy müraciət edim, bəlkə keçər. Belə olmayacaq, bütün ödənişlər elektron bazada var və hər bir müraciətə baxılanda bunlar aşkar olunur”.