Have a Question?
Overdraft – bankın ödənişli əsaslarla (yəni faizlə) verdiyi kredit növüdür, hesablaşma hesabı üzrə təqdim edilir.
Hüquqi şəxslər üçün overdraft ona görə sərfəlidir ki, qısamüddətli pul çatışmazlığının qarşısını alır və bununla da təsərrüfat subyektləri üçün fəaliyyətin fasiləsiz olmasını təmin edir.
Overdraft kreditləşməsinin ölçüsü və ya overdraft limiti bank və müştəri arasında razılaşdırırlır. Bir qayda olaraq, overdraft limiti borcalanın maliyyə vəziyyətindən asılı olaraq dəyişir.
Overdraft kreditləşməsinin növləri aşağıdakılardır:
– klassik (adi) overdraft – yuxarıda göstərilən anlayışa uyğun gəlir;
– avans overdraft – müştərinin maliyyə vəziyyətini nəzərə almır, əsasən yeni müştəriləri cəlb etmək məqsədilə istifadə olunur, güvənilli daimi müştərilərə də verilə bilər;
– inkassasiya ilə overdraft – hesabına köçürülən vəsaitin ən az dörddə üç hissəsi inkassasiya vəsaitindən ibarət olan müştərilərə verilir.
– texniki overdraft – avans overdraft kimi borcalanın maliyyə vəziyyətini nəzərə almır, müştərinin hesablaşma hesabına köçürülən zəmanətli ödənişlərin olması şərti ilə verilir – məsələn, depozitdən qayıdan vəsait;
Overdraft kreditləşməsi aktiv şəkildə tətbiq edilir və dünya banklarının aparıcı kredit məhsullarının sırasına daxildir.