Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri” vakansiyası elan edir.
Ümumi
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi“nə və Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkədə əmək bazarına daxil olan ixtisaslı kadrların sayının artmasına nail olunması üçün informal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması mexanizminin hazırlanaraq tətbiq olunması nəzərdə tutulmuşdur. İnkişaf etmiş ölkələrdə geniş tətbiq olunan informal və qeyri-formal yolla əldə olunan səriştələrin və bacarıqların tanınması imkanı ölkənin iqtisadiyyatının inkişafında ciddi rol oynayacaq və vətəndaşların layiqli işlə təmin olunmasına imkan yaradacaqdır.
Vəzifə
Sizin vəzifəniz Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan Qaydalara uyğun olaraq informal və qeyri-formal yolla əldə olunan səriştələrin ölkəmizdə tanınması prosesini təşkil etmək olacaqdır.
Məsuliyyət
1. Agentliyin Nizamnaməsi və müvafiq şöbənin əsasnaməsi əsasında şöbənin qısa və uzun müddətli iş planını tərtib etmək;
2. Şöbənin işinin strateji inkişafına dair beynəlxalq təcrübə əsasında təşəbbüslər irəli sürmək;
3. QFİT vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinə rəhbərlik etmək;
4. “AR-nın ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nin tələblərinə uyğun qeyri-formal və informal təhsil vasitəsilə əldə edilən səriştələrin tanınması, peşə və kvalifikasiya standartları əsasında işçi qüvvəsinin sertifikasiyası sisteminin formalaşmasını təmin etmək;
5. QFİT üsulu ilə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı cəlb olunacaq mütəxəssislərin seçimi prosesinə nəzarət etmək;
6. İşə qəbul zamanı peşə ixtisasını təsdiq edən sənədin tələb edilməsinin hüquqi bazasının formalaşmasını təmin etmək;
7. İşəgötürənlərlə əlaqələrin qurulmasını təmin etmək;
8. Qeyri formal və informal üsulla əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı pilot layihəni həyata keçiriməsini təmin etmək;
9. Proseslərin yazılması və ölçüləbilən nəticələr əsasında icrasına nəzarət etmək;
10. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.
Tələblər
• Ali təhsil;
• 3 nəfərdən ibarət komandanı və 20+ ekspert qrupunu idarəetmə bacarığı;
• İdarəçi kimi minimum 2 il iş təcrübəsi;
• Yüksək səviyyədə Azərbaycan və ingilis dili biliyi (rus dili arzuolunandır);
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
• Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
• Beynəlxalq təcrübənin öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;
• Təşkilatçılıq bacarığı;
Üstünlüklər
1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Ölkə ərazisində spesifik bir sahənin rəhbəri olmaq imkanı;
4. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 04.09.2020
Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “QFİTT şöbə müdiri” qeyd etməklə göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |