Məhsul və xidmətlər üzrə aparıcı mütəxəssis
Şöbə: Kommersiya departamenti/Marketinq şöbəsi
Vəzifə öhdəlikləri
- Bulud məhsulları üzrə bazar məlumatlarını əldə edib araşdıraraq müştəri ehtiyacları və istəklərini müəyyənləşdirmək.;
- Bazarda yerini tutan və rəqabətə davamlı olmasına imkan verən məhsullar yaratmaq və artırmaq;
- Bir sıra müxtəlif amillərə və istifadələrə görə məhsul spesifikasiyalarının müəyyənləşdirilməsi;
- İnkişafda olan məhsullar üçün prototiplər hazırlayaraq istehsal və dizayn fəaliyyətlərinə dəstək;
- Məhsulların həyat qabiliyyətli və rəqabətli olmasını təmin etmək üçün bazar araşdırması materiallarına və satış məlumatlarına müraciət etmək;
- Məhsul inkişafının ilkin mərhələsini, eləcə də məhsulun yaradılması, idarə olunması və sənədləşdirilməsi ilə bağlı tələb və nəticələri formalaşdırmaq və idarə etmək;
- Növbəti mərhələyə keçmədən əvvəl layihə qrupu və rəhbərliyi tərəfindən qiymətləndirmə üçün təklif və dizaynların təqdim edilməsi;
- Yeni məhsul, proqram və layihələrin uyğun istifadə qaydalarının hazırlanması;
- Yeni məhsullar haqqında təlim materiallarının hazırlanması.
Tələb olunan bilik və bacarıqlar:
- Bulud platformaların brend və məhsulları barədə məlumatlı olmaq;
- Bulud məhsullarının növləri barədə dərin bilik və təsəvvürə malik olmaq;
- Bulud texnologiyaları sahəsində müştərilərlə iş üzrə biznes stimulları barədə məlumatlı olmaq;
- Məhsulun dizayn edilməsi bacarıqlarına sahib olmalı və məhsul komponentləri ilə materialların həm funksional, həm də estetik cəhətdən birlikdə işləmə prinsiplərini anlamalı;
- Vaxtın idarə olunması bacarıqları.
Təhsil:
- Marketinq və ya biznes sahəsində bakalavr dərəcəsi
(Texniki təhsili olan namizədə üstünlük verilir)
Dil bilikləri:
- Azərbaycan və ingilis dillərini mükəmməl bilməli, rus dilini bilənlərə üstünlük verilir;
- Microsoft Office proqramlarında (Word, Excel və PowerPoint) sərbəst işləmə bacarığı;
- Microsoft Project kimi proqramları bilənlərə üstünlük verilir
Müəyyən sahələrdə peşəkarlıq (dərəcələri):
- B2B və B2C arenası çərçivəsində əsas bulud platformaların və İaaS, PaaS,SaaS üzrə dərin biliklər
İş təcrübəsi:
- İT sənayesində minimum 3 illik təcrübə;
- Bulud Məhsul və Xidmət istehsalçısı və ya əlaqəli bir sahədə 2-3 illik təcrübə
Xüsusi tələblər:
- AWS, Azure, DigitalOcean platformalarında məhsullar barəsində və praktik tətbiqdə təcrübəsinə malik olmaq;
- Qeyd olunan proqramlar və texnologiyalar üzrə əsas biliklər (OpenStack,VMware,Windows, Linux, WAN, LAN, OSI model, LoadBalancing, Relational və Non-Relational DataBase);
- Əlavə iş saatlarında rahat çalışa bilmək imkanı
İş qrafiki: 09:00-18:00; (Bazar ertəsi – Cümə)
CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik
İşin aid olduğu sahə
Kateqoriya | İT |