9 C
Baku
Friday, December 13, 2024

Maliyyə monitorinqi üzrə mütəxəssis (Gəncə) – Superfon

0
Maliyyə monitorinqi üzrə mütəxəssis (Gəncə) – Superfon
Gəncə
15.04.2021

Şirkət haqqında:

2008-ci ildə əsası qoyulmuş SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın əksər şəhər və regionlar üzrə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.

Vəzifə: Maliyyə monitorinqi üzrə mütəxəssis (Gəncə)

İş yeri: Gəncə şəhəri
İş təcrübəsi: Minimum 3 il
Təhsil: Ali təhsil
Yaş həddi: 25 və ya üzəri

Vəzifə öhdəlikləri:

– Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
– Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
– Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
– Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
– Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;
– Kassalarda olan mövcud pul vəsaitlərini dövrü və növbədənkənar monitorinqini təşkil etmək;

Tələblər:

– İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
– 1 il monitorinq, audit, təftiş sahəsində təcrübə;
– Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
– MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
– Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
– İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
– Şəxsi avtomobilin olması vacibdir.

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Qanunvericliyin tələb etdiyi formada işə qəbul olunma, şirkət tərəfindən nahar və danışıq limiti ilə təmin olunma.

Müraciət qaydaları:

CV-nizi [email protected] elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını – “Maliyyə monitorinqi üzrə mütəxəssis (Gəncə)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Son müraciət tarixi 13.05.2021

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər