17 C
Baku
Wednesday, October 2, 2024

Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA) – Bank Respublika

0
Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA) – Bank Respublika
Bakı
25.08.2021

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentində “Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA)” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

 

  • Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
  • Yeni proqramların yaradılması.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (aidiyyatı sahə üzrə);
  • VB (Oracle/Postgres) administrasiyası üzrə minimum 2 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili (əla), Rus dilİ (əla);
  • TWCMS (Compass) sistem biliyi arzuolunandır;
  • PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
  • PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
  • Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
  • Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
  • Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
  • Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

 

Sizə nə təklif edirik?

 

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 31 avqust 2021-ci il tarixinədək email-in mövzu hissəsində Verilənlər Bazasının Administrasiyası Şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis (DBA) qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi