“Ziraat Bank Azərbaycan” ASC Dəstək xidmətləri üzrə baş mütəxəssis vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə 6 ildən artıq iş təcrübəsi;
• Kompüter bilikləri (MS Office, Internet);
• Mükəmməl səviyyədə türk dili bilikləri.
Əsas vəzifələr:
• Bankın ehtiyyac duyduğu mal və xidmətlərə dair ehtiyac planının hazırlanmasına nəzarət etmək;
• Xarici ve daxili bütün satınalmaların həyata keçirilməsinə nəzarət etmək;
• Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal qiymətləndirilməsi;
• Mədəni-kütləvi və digər tədbirlərin hazırlanması və keçirilməsində təşkilati və texniki yardım göstərilməsi;
• Bankın təhlükəsizlik standartlarını müəyyənləşdirmək və bu məsələ ilə bağlı lazımı işlərin görülməsinə nəzarət etmək;
• Fövqəladə hallar planlarını tərtib etmək və bu məsələdə digər strukturlarla əlaqəli çalışmaq;
• Banka məxsus əmlakların mobil və daimi telefon xətləri sisteminin müqavilə, satınalma, nəzarət və s. işlərinin həyata keçirilməsi;
• Əlaqədar strukturlarla koordinasiyalı şəkildə reklam işi və xidmətlərinin hazırlanması, canlı tutulmasının təmin edilməsi;
• Baş ofis binasının inventarlarının yoxlanılması və inventarizasiyanın aparılması;
• Təşkilatda sağlam və təhlükəsiz əmək şəraitinin təmin edilməsi üçün lazımi tədbirlərin həyata keçirilməsi;
• Bazar araşdırmalarının aparılması və yeni tədarükçülərin tapılmasını təmin edilməsi;
• Qiymət, malların keyfiyyəti, son tarixlər, gözləntilər və s. haqqında təchizatçılarla danışıqlar aparılması;
• Satınalma sifarişlərinin, müqavilələrin və digər lazımi sənədlərin reyestrinin aparılmasını, davamlı olaraq monitorinq olunmasının təmin edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 30-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Dəstək xidmətləri” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |