13 C
Baku
Sunday, November 24, 2024

Sales funnel (satış qıfı) nədir?

0

Have a Question?

Satış qıfı – müştərinin hər hansı məhsulla maraqlandığı andan satın aldığı ana qədər olan bir prosesdir. Satış qıfı bir neçə mərhələdən ibarətdir.

İlk növbədə, reklam vasitəsilə müştərinin diqqətini cəlb etmək lazımdır. Növbəti məhrələlərdə – onu məhsulu almağa inandırmaq və alış-verişi tamamlamaq. Qeyd edək ki, hər mərhələdə müştərini saxlamaq üçün müxtəlif cür texnikalardan istifadə olunur.

Satış qıfının təhlili şirkətin marketinq strategiyasının effektivliyini qiymətləndirməyə, o cümlədən müştərilərin hansı mərhələlərdə itirildiyini görməyə imkan verir.

Alcının “səyahəti” həmişə qıf şəklində olur: saytı ziyarət edənlərin sayı alıcılardan daha çoxdur; hər mərhələdə müəyyən sayda ziyarətçi süzgəcdən keçir. Məsələn, 1000 istifadəçi reklamı gördü, onlardan 100 nəfər sayta keçdi, 10 nəfər məhsulu səbətə daxil etdi, 1 nəfər isə alış-veriş etdi.

Nüanslar

Satış qıfının müxtəlif variantları var – fərqli məqsədlər və müştərilər üçün. “Soyuq” müştərilərlə iş daimi müştərilərlə işdən fərqli olacaq. Eyni zamanda satış sonrakı qıf da mövcuddur: tövsiyələr və əlaqə (şirkətə qarşı etimadın yüksəldilməsi məqsədilə).