11 C
Baku
Monday, November 25, 2024

VR (virtual reallıq) nədir?

0

Have a Question?

VR (ing. virtual reality, “virtual reallıq”) – xüsusi cihazlar vasitəsilə modelləşdirilmiş üçölçülü məkandır. Virtural reallığa dalmaq üçün istifadə olunan əsas cihaz VR-eynəkdir. Eyni zamanda bazarda vibrogödəkçə, bel çantası formasında kompüter və digər məhsullar var.

Virtual reallıqda otaqdakı bütün mebelləri qırmaq, muzeyləri ziyarət etmək, habelə göydələnlər üzərindən uçmaq mümkündür. Əksər hallarda virtual aləmdə də fizika qanunları işləyir, lakin müəyyən istisnalar da ola bilər. Məsələn, zəif cazibə qüvvəsi effektini yaratdıqda. Bütün bunlar insanın əyləncədən daha çox təcrübə əldə etməsi üçündür.

İstifadə səhvləri

VR çox vaxt AR (ing. augmented reality – “artırılmış reallıq) ilə qarışdırlır. Əgər VR xəyali dünya qurursa, AR real həyata kompüter laylarını əlavə edir. Eyni zamanda AR üçün telefon və ya xüsusi eynək kimi “keçid” cihaz tələb olunur, VR isə yalnız VR-gözlüklər tələb edir.

Tarix

VR texnologiyasını yaratmaq üçün layihələr 1960-cı illərdən bəri irəli sürülür, lakin müasir mənada VR-eynəklər ilk dəfə “Oculus” şirkəti tərəfindən 2010-cu ildə təqdim edilib. Bir qədər sonra “HTC”, “Valve” və “Sony” də bu yarışa qatılıb. Hazırda bazarda həm VR-eynək, həm də smartfon vasitəsilə işləyən digər cihazlar var.

Tətbiqi

Virtual və ya artırılmış reallıqdan faydalanmağın bir neçə səbəbi var: marketinq, təhlükəsiz və daha səmərəli təhsil, biznes-proseslərin optimallaşdırılması üçün vaxta və büdcəyə qənaət.

Məsələn, 17 000 VR-qulaqlıqdan istifadə edərək, dünyanın 5 min mağazasında “Walmart” işçiləri əşyaları rəflərə yerləşdirməyi öyrənirlər. Bu, baş menecerlərinin vaxtına qənaət edir.