Have a Question?
Niyyət sazişi – hüquqi münasibət tərəflərinin gələcəkdə müqavilə bağlamaq niyyətində olduqları haqqında razılaşmadır.
Niyyət sazişi gələcək hüquqi münasibətlərin mahiyyətini müəyyənləşdirmək və şərtlər qoymaq üçün lazımdır. Belə bir sənəddə, bir qayda olaraq, aşağıdakılar əks olunur:
– gələcəkdə hansı müqavilə bağlanacaq;
– müqavilə bağlamazdan əvvəl tərəflərin yerinə yetirməli olduğu şərtlər;
– tərəflər hansı müddət ərzində müqavilə bağlayacaq.
Hər şeydən əvvəl, niyyət sazişi gələcək müqavilənin şərtlərini möhkəmləndirmək üçün lazımdır. Qeyd edək ki, buna baxmayaraq tərəflər müqaviləni bağlamaqdan imtina etmək hüququna sahibdir.
Eyni zamanda yazılı razılaşma tərəflərin həqiqətən də müqaviləni müzakirə etdiyinin sübutudur. Xüsusilə, tərəfdaş danışıqları qəfil və əsassız olaraq dayandırarsa, təzminat tələb etmək üçün niyyət sazişinə ehtiyac ola bilər.
Nəhayət, niyyət sazişi bağlanan müqavilənin icrasında fikir ayrılıqları olduqda sahibkara kömək edə bilər. Belə ki, müqaviləni təfsir edərkən, məhkəmə, tərəflərin həqiqi iradəsini müəyyən etmək üçün, digərləri kimi, niyyət razılaşmasına istinad edə bilər.
İstifadə səvləri
Niyyət sazişi ilə yanaşı, ilkin razılaşma anlayışı da mövcuddur. Onlar arasındakı əsas fərq odur ki, niyyət sazişi tərəflərdən biri asanlıqla müqavilə bağlamaqdan imtina edə bilər. İlkin razılaşma isə tərəflər üzərinə müqaviləni bağlamaq öhdəliyini qoyur.
Fakt
Niyyət sazişi çox vaxt aşağıdakı müqavilələr zamanı bağlanır:
– daşınmaz əmlak alqı-satqısı müqaviləsi;
– barter müqaviləsi;
– kredit müqavilələri;
– müqavilə obyekti nəqliyyat, icarə və saxlama olduqda.