Have a Question?
Unsiya (lat. uncia) – kütlə ölçü vahidinin adıdır. Termin qədim Romadan gəlir. Orta əsrlər Avropasının əsas çəki vahidlərindən biri olub. Bu gün qiymətli metalların ticarətində istifadə olunur.
Tarixən dünyanın müxtəlif yerlərində, müxtəlif vaxtlarda unsiya dedikdə oxşar, lakın bir qədər fərqli kütlə standartları mövcud olub. Onlardan ən geniş yayılmışları beynəlxalq troy və beynəlxalq everdyupon unsiyasıdır.
Troy unsiyası (ing. troy ounce) – 31.1034769 qrama bərabər olan kütlə ölçü vahididir.
Everdyupon unsiyası – 28.349523125 qrama bərabər olan kütlə ölçü vahididir.