14 C
Baku
Sunday, November 24, 2024

5G nədir?

0

Have a Question?

5G – siqnalın ötürülməsində minimal gecikmələrin (cəmi 1-2 ms) və yüksək internet sürətinin (25 Gbit/s qədər) olduğu beşinci nəsil mobil rabitə standartıdır.

Məsələn, əgər dostunuz dördüncü nəsil rabitədən (4G) istifadə edib serialın bir seriyasını 10 dəqiqəyə yükləyirsə, siz 5G vasitəsilə bu serialın bütün sezonunu (6 seriya) yükləmiş olacaqsınız.

Yüksək sürət biznes üçün bir çox imkanlar açır – xüsusən, 4G şəbəkəsi dövründə mövcud olmayan yeni xidmətlər işə salınmasından danışılırsa.

Nüanslar

5G texnologiyası müxtəlif sahələrdə tətbiq olunur:

Əyləncə. Yüksək məlumat ötürmə sürəti sayəsində 5G şəbəkəsi bulud oyunları sahəsində istifadə olunur. Oyunlar “bulud”dan o qədər sürətlə yüklənir ki, idarəetmə gecikmələri heç olmur.

Ev. 5G çox vaxt ev və əşyaların interneti (IoT) ilə əlaqələndirilir. Bu gün IoT-yə qoşulmuş bir çox cihaz tapmaq mümkündür: elektrik lampalar, rozetkalar, kilidlər, dinamiklər, məişət texnikası. Bütün bunların vahid ekosistemə çevrilməsi üçün yüksək məlumat ötürmə sürəti lazımdır.

Tibb. 5G-nin köməyi ilə həkim minlərlə kilometr uzaqdan xəstələr üçün ultrasəs müayinəsini apara biləcək. O, canlı görüşdə olduğu kimi, bütün məlumatları alacaq.

Nəqliyyat. 5G ağıllı və ya pilotsuz nəqliyyat vasitələrini inkişaf etdirməyə kömək etmək potensialına malikdir. Ağıllı yollar, işıqforlar, dayanacaqlar, o cümlədən yol nişanları ilə qarşılıqlı əlaqə yaratmaq mümkün olacaq.

Milisaniyələrin rolunu daha yaxşı başa düşmək üçün sadə bir misal çəkək. Təsəvvür edək ki, koordinatlarını internet vasitəsilə digər avtomobillərə, eləcə də onu magistral yol boyu yerləşən datçiklərlə sinxronlaşdıran avtopilot avtomobilimiz var.

Əgər avtomobil 120 km/s sürətlə hərəkət edirsə və qəfildən fövqəladə vəziyyət yaranırsa, insana reaksiya vermək üçün təxminən 700 m/s vaxt lazımdır. Bu müddət ərzində avtomobil təxminən 30 metr yol qət edəcək ki, bu da sürücünün həyatı bahasına ola bilər. Belə ki, 4G şəbəkələrində gecikmə səbəbindən avtomobil qərar verməzdən əvvəl təxminən 2 metr yol qət etmiş olur. 5G şəbəkələri üçün bu məsafə 10-15 santimetrə qədər azalır. 

Fakt

“G” hərfi – “nəsil” kimi tərcümə olunan “generation” sözünün qısaltmasıdır. İlk 1G rabitəsi 1980-cı illərdə yaranıb.