15 C
Baku
Sunday, November 24, 2024

ERP (müəssisədə resurs planlaması) nədir?

0

Have a Question?

ERP (ing. Enterprise Resource Planning — “müəssisədə resurs planlaması”) – şirkətlər tərəfindən istifadə olunan, onun maliyyə, hesabat, istehsal, təchizat zənciri, ticarət və kadrlar şöbələrini birləşdirən proqram təminatıdır.

Daha sadə desək, ERP – biznes-proseslərinin avtomatlaşdırlması üçün informasiya sistemidir. Onun özəyi – vahid verilənlər bazasıdır. Müxtəlif şöbələrdən (sistem modullarından) məlumatlar ora axır – anbarlardan mühasibatlığa, emalatxanalardan satış şöbəsinə. Müştəri yalnız ona lazım olan modulları birləşdirir. Onlardan birinin söndürülməsi ERP sisteminin digər komponentlərinə təsir etmir.

ERP-sistemləri limitsiz və ya abunə kimi istifadə olunur. Şirkət məlumatları öz serverlərində saxlayır və ya internet vasitəsilə bulud xidmətlərinə ötürür.

İstifadə səhvlər

Bəzən şirkətlər öz inkişaflarını ERP-sistemi adlandırırlar, bu halda mühasibatlıq, müştəri bazası və digər komponentlər arasında məlumat mübadiləsi qurulur. Lakin bu cür sistemlər analitik alətlərə malik deyillər.

Mənfi və müsbət cəhətləri

ERP-sistemləri bütün məlumatlara asanlıqla daxil olmaq və onları idarə etmək üçün nəzərdə tutulmuşdur. Vahid verilənlər bazasındakı məlumatlar əvvəlcədən razılaşdırılır, iş prosesi isə standartlaşdırılır. Tapşırıqlar şəffaf şəkildə izlənilir, tipik əməliyyatlar avtomatik olaraq həyata keçirilir.

Müsbət cəhətlərə həmçinin aid etmək olar:

– məlumatların effektiv mühafizəsi və onlara giriş hüquqlarının fərqləndirilməsi;

– məhsuldarlığın artması;

– əlavələr və dəyişikliklər olmadan yeni modulların əlavə edilməsi;

– böyük miqdarda məlumatı təhlil etməklə idarəetmə qərarlarının səmərəliliyinin artırılması.

ERP-sistemlərinin əsas mənfi cəhəti – sistemin qurulması, mövcud proqramların məlumatların ötürülməsi və kadrların hazırlanması kimi proseslərin çox vaxt və pul tələb etməsidir.

Nüanslar

Modul prinsipi bu cür sistemləri mərhələli qaydada tətbiq etməyə imkan verir. Məsələn, şirkət CRM-modul (Customer Relationship Management – “müştəri münasibətlərinin idarə edilməsi”, analitikaya malik geniş müştəri bazası) istifadə etməyə qərar verir, lakin kadrların idarə edilməsi modulunda ehtiyac görmür. Bu halda şirkət heç bir problem olmadan ondan imtina edə bilər.