10 C
Baku
Thursday, December 12, 2024

PPC (klik başına ödəniş) nədir?

0

Have a Question?

PPC (pay per click, “klik başına ödəniş”) – internet-reklamın iqtisadi modelidir.

Qeyd edək ki, bundan əvvəl CPM ödəmə modeli istifadə olunurdu, hansıki reklam çarxının hər 1000 nümayişindən hesablanırdı. Eyni zamanda nümayişlərin əhəmiyyətli hissəsi faydasız idi, çünki müştərini alış-veriş etməsi ilə nəticələnmirdi. Klik başına ödəniş reklam xərclərini azaldır və vəsaitləri daha səmərəli paylamağa kömək edir.

Bir klikin qiyməti aşağıdakılardan asılıdır:

– reklamçılar arasında rəqabət (reklam yeri hərrac prinsipi əsasında satılır);

– reklam mövzuları (müştərini alış-verişə sövq edəcək klik daha bahadır);

– auditoriya (cins, yaş, yaşayış yeri və s.);

– istifadəçinin sorğuda istifadə etdiyi sözlər.

Tarix

PPC konsepsiyasını “Goto.com” şirkətinin qurucusu Bill Qross yaradıb.  Sonrakı  illərdə “Google” (AdWords) və “Microsoft” da (AdCenter) bu sistemdən istifadə etməyə başladı.

Tənqid

Rəqiblər bilərəkdən reklam bannerinə dəfələrlə klikləyə bilər: reklam büdcəsi xərclənəcək, real alıcılar isə sayta gəlməyəcək.