Have a Question?
Kovorkinq (ing. coworking – əməkdaşlıq, birgə iş) – müxtəlif insanların bir-biri ilə əlaqəsi olmayan layihələr, tapşırıqlar və s. üzərində işinin bir məkanda təşkili konsepsiyasıdır.
Bu həm də hər kəsin qısa müddətə (1 saatdan başlayaraq) və ya uzun müddətə iş yerini icarəyə götürə biləcəyi məkandır.
Kovorkinqin köməyi ilə frilanserlər, sahibkarlar, startaplar və kiçik şirkətlər ayrı-ayrı ofislərin icarəsinə pula qənaət edə, eyni zamanda işgüzar ünsiyyəti davam etdirə, əlaqələri genişləndirə, təcrübə mübadiləsi apara bilər.
Qeyd edək ki, kovorkinq məkanında adi ofisdəki kimi bütün şərait var: mebel, ofis avadanlığı, Wi-Fi, iclas otaqları və bəzən hətta çay/kofe. Bundan əlavə, işgüzar konfranslar, ustad dərsləri, əyləncə tədbirləri və s.
Nüanslar
Bir qayda olaraq, kovorkinq məkanları hər kəs üçün açıqdır. Ancaq müəyyən fəaliyyət sahəsinin iştirakçıları, cinsi, milliyyəti və s. üçün nəzərdə tutulmuş xüsusi kovorkinq məkanları da var.
Kovorkinqə bəzən çevik ofis də deyilir. Ancaq çevik ofisdə otaqlar adətən hər şirkətə uyğun təcrid olunur. Kovorkinqlər isə “open space” prinsipi ilə təşkil olunur, haradakı eyni vaxtda müxtəlif şirkətlərin işçiləri çalışa bilir.
Çevik ofisdə icarəçi öz ehtiyaclarına uyğun olaraq otaqları dəyişdirə bilər. Kovorkinq məkanında ziyarətçilər sadəcə olaraq öz yerindən istifadə etmək hüququnu alırlar.
Eyni zamanda çevik ofisdə icarəçi bəzi otaqları brendləşdirə bilər, kovorkinqdə isə əvvəlcədən düşünülmüş konsepsiya olur.