Have a Question?
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi dövlət mülkiyyətində olan torpaqlara münasibətdə – aidiyyəti dövlət təşkilatları və ya müvafiq yerli icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlara münasibətdə-müvafiq bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlara münasibətdə-torpaq mülkiyyətçiləri tərəfindən müvafiq sənədlər və aidiyyəti qurumların rəyləri təqdim olunmaqla Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmaqla həyata keçirilir.
(Məsələyə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti aydınlıq gətirir)