11 C
Baku
Monday, November 18, 2024

Pul

0

Have a Question?

Pul-1) bütün digər əmtəələrin ümumi qəbul edilmiş dəyər formasını əks etdirən, ümumi ekvivalent rolunu yerinə yetirən xüsusi əmtəədir. Kağız pul, sikkə, bank hesablarındakı qalıqlar formasında çıxış edir; 2) hər hansı xüsusi vəzifənin (tapşırığın) həll edilməsi üçün iqtisadi agentlər arasında bağlanan saziş formalarından biridir. Belə saziş zamanı gəlir ümumi fonda daxil olur və pul iştirakçıları tərəfindən əvvəlcədən müəyyən edilmiş kvotalara uyğun olaraq bölüşdürülür. Pulun funksiyaları aşağıdakılardan ibarətdir: dəyər ölçüsü, tədavül vasitəsi, yığım və qənaət (saxlama) vasitəsi, ödəmə vasitəsi, dünya pulu.

Tags: