10 C
Baku
Wednesday, December 11, 2024

Texniki işlər şöbəsinin müdir müavini – Quba Palace Hotel

0
Texniki işlər şöbəsinin müdir müavini – Quba Palace Hotel
Quba
31.01.2022

İş yeri: Quba
İş təcrübəsi: 3-5 il (Texniki sahə üzrə)
Təhsil: Ali təhsil (müvafiq texniki sahə üzrə təhsil)
Yaş həddi: 30-40 yaş

Vəzifə öhdəlikləri:

  • Təsdiqlənmiş planlar əsasında işin təşkilini təmin etmək;
  • Tabeliyində olan texniki heyətin gündəlik işini planlaşdırmaq və nəzarət etmək;
  • Mexanik sistemlərdə və avadanlıqlarda texniki xidmətin aparılması və daima saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Elektrik stansiyalarında avadanlıqların və boru kəmərlərinin quraşdırılması və mexaniki istismarına nəzarət etmək;
  • Təbii qaz sistemlərinin, isitmə sistemlərinin, ventilyasiya sistemlərini, Ciller – fankoyl sistemlərinin quraşdırılması və istismarı;
  • Qazanxana qurğularından və Qaz turbin qurğularından atmosferə atılan zərərli tullantılarının təyini;
  • Qazanxana, su arıtma və havalandırma sistemlərində dövri yoxlamaların aparılmasını təmin etmək;
  • Qazanxana, su arıtma və havalandırma sistemlərində planlı və profilaktik dövri təmir işlərinin həyata keçirilməsi;
  • Həyata keçirilən texniki qulluq xidmətinin təhlükəsizlik qaydalarına uyğun olmasını təmin etmək;
  • Nasazlıqlar və ya da dayanma halında dərhal müdaxilə etmək və bu müddəti mümkün qədər qısaltmaq;
  • Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsini təmin etmək;
  • Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
  • Təmir işlərinin sənədləşdirilməsini təmin etmək;
  • Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq büdcə planın hazırlanmasında iştirak etmək;
  • İşdə müasir texniki vasitələrin istifadəsi üzrə təkliflər vermək;
  • Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
  • Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.

Namizəd üçün tələblər:

  • Mexanika mühəndisliyi üzrə bakalavr/magistr təhsili;
  • Mexanik, elektrik, santexnika və istilik və havalandırma sistemləri üzrə qabaqcıl biliklər;
  • Sistem sxemlərini oxuma bacarığı;
  • Texniki problemlərə diaqnoz qoymaq və aradan qaldırılması bacarıqları;
  • Təhlükəsizlik və avadanlıq təmiri prosedurlarını anlama;
  • Yaxşı ünsiyyət və təlim bacarıqları;
  • MS Office və AutoCad proqramlarından istifadə bacarığı;
  • Hesabat hazırlama və analiz etmə bacarığı.

Təminatlar:

  • Yaşayış yeri ilə təmin edilir;
  • İş yerinə nəqliyyat vasitəsilə çatdırılma;
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında təyin olunacaq.

Vakansiya ilə maraqlanan şəxslər CV-sini mövzu yerinə “Texniki işlər şöbəsinin müdir müavini” yazmaqla göndərə bilərlər.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər