Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq müsahibə zamanı razılaşdırılacaq
İş saatları (iş rejimi): Həftədə 5 gün, 09:00-18:00
İş yeri: Bakı şəhəri, Nəsimi rayonu.
Son müraciət tarixi: 15 mart 2023
Vəzifə Öhdəlikləri:
- Cəmiyyətin digər struktur bölmələrinin fəaliyyətinin həyata keçirilməsində hüquqi yardım göstərilməsi.
- Cəmiyyətin digər struktur bölmələrinin sorğularına əsasən praktiki fəaliyyətlərində əmələ gələn hüquqi məsələlər üzrə məsləhətlər verilməsi.
- Tender sənədlərinin hazırlanmasında iştirak edilməsi.
- Filial və nümayəndəliklərin fəaliyyətə başlaması üçün zəruri sənədlərin hazırlanması və dövlət qeydiyyatı üçün müvafiq qurumlara təqdim edilməsi.
- Cəmiyyətin struktur bölmələrinin əsasnamələri, vəzifə təlimatları, prosedur, proses və müvafiq qaydalarına hüquqi rəy verilməsi.
- Hüquqi məsələlərlə bağlı Cəmiyyətə daxil olan şikayət, ərizə və müraciətlərin araşdırılması, qanunvericiliyə müvafiq cavab hazırlanması.
- Cəmiyyətin bağladığı mülki-hüquqi xarakterli müqavilələrin tərtibində iştirak və onların hüquqi ekspertizasının həyata keçirilməsi.
Namizədə olan tələblər:
- Ali hüquq təhsili;
- İş stajı: 1 ilədək;
- Azərbaycan Respublikasının qanunlarını, mülki və mülki prosessual, inzibati və inzibati prosessual, əmək qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır;
- Azərbaycan dilini əla (yazı, danışıq) səviyyədə bilməlidir. İngilis dilini bilənlərə üstünlük verilir;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15.03.2023-cü il tarixədək elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Hüquqşünas”) qeyd olunmalıdır) göndərə bilərlər. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Hüquq, Sığorta |