Bakı
13.03.2023
Vakansiyanın təsviri
- imtahanların keçirilməsi ilə əlaqədar təşkilati tədbirlərin həyata keçirilməsi;
- regional bölmələrlə işin təşkil edilməsi;
- təlimatların, yaddaş kitabçalarının və sair metodik vəsaitlərin layihələrinin hazırlanması;
- imtahanın keçirilməsində iştirak edəcək şəxslərlə işin aparılması (onların seçilməsi, müqavilələrin bağlanması, prosesə cəlb edilməsi və təlimlərin təşkili və keçirilməsi);
- imtahanın keçirilməsində iştirak edəcək şəxslər haqqında məlumat bazasının yaradılması, anketləşdirilməsi, zənginləşdirilməsi və istifadəsi;
- imtahanın keçirilməsində iştirak edəcək şəxslərin sertifikasiyasının aparılmasına dair zəruri normativ sənədlərin hazırlanması və prosesin təşkili;
- əlaqələndiricilərlə işin təşkili;
- imtahan materiallarının təhvil-təsliminin həyata keçirilməsi;
- imtahan protokollarının araşdırılması və imtahanda baş verən hallarla bağlı yekun arayışın hazırlanması;
- sağlamlıq imkanları məhdud iştirakçıların fərdi nəzarətçiləri ilə işin aparılması;
- səlahiyyətləri çərçivəsində daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasının təmin edilməsi;
- Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak edilməsi (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
- rəhbərlik, departament müdiri və şöbə müdiri tərəfindən verilmiş tapşırıqların icra edilməsi.
Xüsusi tələblər
- Təhsilə dair tələb: ali təhsil.
- İş təcrübəsinə dair tələb: vəzifənin qulluq funksiyalarını nəzərə alaraq 3 il iş stajı.
- Xarici dil biliklərinə dair tələblər: ingilis dili – B2, rus dili – B2.
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternet (yüksək səviyyədə).
- Xüsusi tələblər: Dövlət qulluğuna dair sertifikatı olan namizədlərə üstünlük veriləcək.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |