16 C
Baku
Saturday, November 2, 2024

Baş mühasib – YIĞIM Payment System

0
Baş mühasib – YIĞIM Payment System
Bakı
30.01.2024

Vəzifə öhdəlikləri:

  • Şirkətin əmlakının və bütün  əməliyyatlarının mühasibat uçotunu təşkil etmək, aparmaq, o cümlədən maliyyə hesabatlarının hazırlanması və hesabat istifadəçilərinə və müvafiq qurumlara təqdim edilməsini təşkil etmək;
  • Maddi aktivlərin (əsas vəsaitlərin, ehtiyatların, digər maddi aktivlərin) və qeyri-maddi aktivlərin mədaxili və hərəkətinin uçotunun aparılmasını həyata keçirmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərinin saxlanılmasını həyata keçirmək;
  • Müəyyən edilmiş qaydada idarədə aktivlərin və öhdəliklərin inventarizasiyanın aparılmasını təşkil etmək, balansda olan əmlakın qiymətləndirilməsini və yenidən qiymətləndirilməsini həyata keçirmək;
  • Şirkətin büdcə layihəsinin tərtib edilməsi prosesində bilavasitə iştirak etmək, təkliflər vermək;
  • Şirkətin maliyyə vəsaitlərinin, mal-materialların, əsas vəsaitlərin uçotunun, onların hərəkəti ilə əlaqədar əməliyyatların mühasibat uçotu sənədlərində düzgün əks etdirilməsinə nəzarət etmək;
  • Şirkətin işçilərinə əmək haqqının, o cümlədən ona edilən əlavələrin, mükafatların, habelə ezamiyyə və digər ödənişlərin, xərclərin hesablanmasının təmin edilməsi və qanunvericiliklə müəyyən edilmiş tutulmaların həyata keçirilməsi,
  • Şirkətin fəaliyyətinin maliyyələşdirilməsi məqsədi ilə pul vəsaitinin agentlərdən və təyinatı üzrə xərclənməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirmək;
  • Debitor və kreditor təşkilatlarla hesablaşmaların üzləşməsinin aparılmasını nəzarət etmək;
  • Fəaliyyət istiqamətləri üzrə müxtəlif hesabatlar hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

Vəzifəyə dair tələblər:

  • Bank, Bank olmayan kredit təşkilatlarında, BOKT, Bank funksiyasını yerinə yetirən şirkətlərdə işləməli
  • AR Vergi Məcəlləsi, İnzibatı xətalar və Əmək qanunvericiliyi haqqında biliklər
  • PMS sertifakatına malik olmalı,
  • Excell, 1-C proqram biliyi
  • Rus, İngilis dillər biliyi arzuolunandır,
  • ACCA və digər sertifikatlara malik olanlara üstünlük verilir.
  • Ən az 5 il maliyyə-mühasibatlıq sahəsində iş stajı
  • Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və s.)

 

Job Responsibilities:

  • Organize and perform the accounting of the company’s assets and all operations, including the preparation of financial reports and ensuring their submission to users and relevant authorities.
  • Conduct the internal and operational accounting of tangible assets (main assets, reserves, other tangible assets) and intangible assets.
  • Manage the documentation of accounting records and taxes within the specified legal deadlines, including approving documents related to received income, incurred expenses, and paid (withheld) taxes.
  • Organize the inventory of assets and liabilities in accordance with established procedures, including assessing and reassessing the value of property on the balance.
  • Actively participate in the process of preparing the company’s budget, providing suggestions.
  • Supervise the accounting records of the company’s financial resources, materials, main assets, and related operations, ensuring accurate reflection in accounting documents.
  • Ensure the calculation of employees’ salaries, including additional payments, bonuses, as well as the calculation of exams and other allowances, and implementation of legally specified deductions.
  • Implement necessary measures related to the financial management of the company, including the allocation and expenditure of funds for the purpose of financing the company’s activities.
  • Monitor the settlement of accounts with debtor and creditor organizations.
  • Prepare various reports on activity directions and present them according to the relevant criteria

Requirements:

  • Work experience in banks, non-banking credit organizations, financial institutions, or companies performing banking functions.
  • Knowledge of the Tax Code, Administrative Offenses, and Labor Legislation of Azerbaijan.
  • Possession of a PMS certificate.
  • Proficiency in Excel, 1C program.
  • Proficiency in Russian and English languages is desirable.
  • Preference is given to candidates with ACCA and other relevant certifications.
  • At least 5 years of work experience in the field of finance and accounting.
  • Higher education in finance, accounting, economics, etc.

[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib