10 C
Baku
Thursday, December 12, 2024

Kommunikasiya üzrə köməkçi – Azerbaijan Micro-finance Association

0
Kommunikasiya üzrə köməkçi – Azerbaijan Micro-finance Association
Bakı
06.02.2024

Əsas vəzifə öhdəlikləri:

  • AMFA-nın kommunikasiya strategiyasına uyğun olaraq aylıq və illik kommunikasiya planının hazırlanmasına və həyata keçirilməsinə töhfə vermək, və kommunikasiya məhsullarını idarə etmək;
  • Tədbirlər, vizual materiallar və daxili nəşrlər kimi tələb olunan fəaliyyət və materialların hazırlanmasında iştirak etmək;
  • Daxili sosial media platformaları üçün cəlbedici və müvafiq məzmunlar yaratmaq;
  • Daxili sosial mediada şərhləri və mesajları izləmək və cavablandırmaq;
  • AMFA-nın kommunikasiya məhsullarının Sosial Media kanallarında vaxtında paylaşmaq;
  • Tədbirlərin təşkilində işçi heyətinə dəstək olmaq.

Tələb olunan bacarıqlar:

  • Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
  • Effektiv təşkilati bacarıqlar;
  • Effektiv yazılı ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə;
  • Vaxtın idarə olunması üzrə bacarıqlar;
  • Sosial media kanallarında işləmək bacarığı.

Yanaşma:

  • Xoş, nəzakətli və səbirli yanaşma;
  • Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
  • Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
  • Keyfiyyət barədə məlumat;
  • Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.

Digər Tələblər:

  • Marketinq, kommunikasiya, layihə idarəedilməsi və ya digər müvafiq sahədə bakalavr təhsili Daxili kommunikasiya üzrə vəzifələrdə ən az 1 il iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)

İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 fevral 2024-cü il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. [email protected]