6 C
Baku
Friday, March 1, 2024

Rusiya-Ukrayna müharibəsinin 62-ci günü

  • 17:20 — Mixaylo Podolyak:“Rusiya Dnestryanı regionda sabitliyi pozmaq istəyir. Rusiya işarə edir ki, Moldova “qonaqları” gözləməlidir. Ukrayna sabah uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq. Amma Ukrayna bölgənin strateji təhlükəsizliyini mütləq təmin edəcək. Bunun üçün isə həmrəylik lazımdır”
  • 10:05 — Avstriya hökuməti Rusiya qazının tədarükünü dayandırmaq planı üzərində işləyir
  • 10:01 — Rusiya qüvvələri Ukraynanın şərqində möhkəmləndirilmiş Ukrayna mövqelərini mühasirəyə almağa çalışır. – Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat xidməti
  • 08:14 — Kiyev ABŞ administrasiyasından ayda ən azı 2 milyard dollar həcmində təcili iqtisadi yardım istəyir.
  • 08:00 — Britaniya MN: “İziumun cənubunda şiddətli döyüşlər gedir”
  • 08:03 — Moskvada yaxın vaxtlarda “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” səfirlikləri açılacaq.
  • 06:21 — Sergey Lavrov: NATO müdafiə xəttini Cənubi Çin dənizinə keçirmək istəyir.
  • 05:45 —Zelenski: Hazırda 931 yaşayış məntəqəsi işğaldan azad edilib. Bir çox şəhər və icmalar Rusiya ordusunun müvəqqəti nəzarəti altındadır, lakin şübhə etmirəm ki, bizim torpaqlarımızı azad etməyimiz zaman məsələsidir
  • 05:20 — Zelenski türkiyəli həmkarı ilə keçirdiyi telefon danışığında mühüm məsələləri müzakirə etdiklərini vurğulayıb.“Prezident Rəcəb Tayyib Ərdoğanla mühüm danışığımız oldu. Mariupoldakı son vəziyyət, dinc əhalinin və yaralıların təxliyəsi, zərərsizləşdirilən Ukrayna ordusunun təcili yenilənməsi barədə danışdıq.Biz Rusiya ilə danışıqlar prosesini və müdafiə sahəsində də müzakirələr apardıq. Qara dəniz limanlarını bağlayan Rusiyanın dünya ərzaq bazarına yaratdığı təhlükələri də ətraflı müzakirə etdik. Artıq bir çox ölkələrdə ərzaq qiymətlərinin artması kritik həddə çatıb. Amma bu hələ başlanğıcdır”
  • 01:32 — Rusiyanın Ukraynaya hücumundan sonra 20 ölkədən 443 rusiyalı diplomat öz vəzifəsini tərk edib. – “The Washington Post”
  • 00:23 — Rusiya XİN başçısı Sergey Lavrov:
    • Ukraynadakı münaqişə müqavilə ilə başa çatacaq, lakin onun parametrləri bağlandığı hərbi əməliyyatların mərhələsi ilə müəyyən ediləcək.
    • Bir həftə əvvəl, başqa bir videokonfrans əlaqəsindən sonra, biz onlara müqavilənin daha bir yenilənmiş variantını verdik, adətən olduğu kimi, onların sonrakı şərhlərini nəzərə aldıq və indi bir həftədir gözləyirik.
    • Nüvə müharibəsi riski indi daha çoxdur

 


 

Son xəbərlər
Digər xəbərlər