6 C
Baku
Sunday, December 15, 2024

Biznesə dəstək üzrə Baş / Aparıcı mütəxəssis / Mütəxəssis (Layihə və məhsullar üzrə menecer) – AccessBank

0
Biznesə dəstək üzrə Baş / Aparıcı mütəxəssis / Mütəxəssis (Layihə və məhsullar üzrə menecer) – AccessBank
16.04.2019

Biznesə dəstək üzrə Baş mütəxəssis / Aparıcı mütəxəssis / Mütəxəssis (Layihə və məhsullar üzrə menecer)

Öhdəliklər:

Proseslərin və Məhsulların işlənib hazırlanması

• Filialların yükünü azaltmaq, müştəri xidmətlərini və məhsulları / əməliyyatları yaxşılaşdırmaq məqsədi ilə proseslərin / əməliyyatların avtomatlaşdırılması, mərkəzləşdirilməsi və rəqəmsallaşdırılması;
• Proseslərin və xidmətlərin (işlərin) yoxlanması, işlənib hazırlanması və optimallaşdırılması;
• Müştərilərə xidmət göstərilməsi ilə əlaqədar proseslərdə / əməliyyatlarda / məhsullarda məhdudiyyətlərin və çatışmazlıqların aşkarlanması və təhlili.

Layihə idarəçiliyi

• Layihənin həyata keçirilməsi təşəbbüsünün irəli sürülməsi və planlaşdırılması;
• Bütün zəruri səhmdarları cəlb etməklə layihənin miqyasının və məqsədlərinin müəyyən olunması və onun texniki yararlığının təmin olunması;
• Ətraflı layihə planının işlənib hazırlanması; yekun tarixlərin təyin olunması, öhdəliklərin müəyyən edilməsi, layihənin icrasının monitorinqi və ümumiləşdirilməsi. Layihənin vəziyyəti ilə bağlı yüksək rəhbərlik üçün hesabatların hazırlanması.
• Təyin olunmuş vaxt və büdcə çərçivəsində layihənin tamamlanmasının təmin edilməsi.
• Baş Ofisdə / filiallarda daxili resursların koordinasiyası.
• Layihənin lazımi qaydada icra edilməsi üçün üçüncü şəxslərlə tərəfdaşlarıa münasibətlərin yaradılması və qorunub saxlanması.

Metodologiya, treninqlər:

• Sənədlərin / daxili reqlamentlərin yoxlanması, işlənib hazırlanması və standartlaşdırıması;
• Beynəlxalq münasibətlər üçün yararlı mühitin yaradılması, inkişafı və qorunub saxlanması – beynəlxalq münasibətlərin əlverişliliyi və sadəliyi;
• İşçi heyətinin təlimatlandırılmasında fəal iştirak: yüksək ixtisaslılıq səviyyəsinin təmin olunması və qorunub saxlanması.

Tələblər:

• Ali təhsil; 
• Müvafiq bank sahələrində ən azı 2 illik iş təcrübəsi (Baş Ofisdə, filiallarda təcrübə); 
• Bank məhsullarını və xidmətlərini, front ofis proseslərini (qeyri-kredit və kredit məhsullarını) yaxşı başa düşmək; 
• Layihə idarəçiliyi sahəsində iş təcrübəsinə üstünlük verilir; 
• Mükəmməl ünsiyyət vərdişləri; 
• Mükəmməl yazılı və şifahi ünsiyyət vərdişləri; 
• Yaxşı təşkilatçılıq qabiliyyəti, o cümlədən təfsilatlara qarşı diqqətcillik və çoxşaxəli qabiliyyət; 
• Dəyişiklikləri qəbul etmək bacarığı, yeni biliklər əldə etməyə hazırlıq; 
• Azərbaycan, rus və ingilis dillərini bilmək.

Maraqlanan şəxslər öz CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilər. Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.

 

İşin aid olduğu sahə

KateqoriyaKorporativ kreditlər