“Ziraat Bank Azərbaycan” ASC Sistem və Təhlükəsizlik inzibatçısı vəzifəsinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• Texniki ali təhsil;
• Bank sektorunda iş təcrübəsi;
• 3 ildən artıq məlumat sistemləri, İT nəzarət və qiymətləndirmə, İT təhlükəsizlik, İT audit və ya İT risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
• Professional sertifikatlaşdırma (CISA, CIA və s.) və ya müvafiq sertifikatlaşdırma proqramına hazırlaşması;
• Bank qaydalarına və/və ya audit standartlarına dair məlumatının olması;
• Güclü komanda işləri və layihə idarəetmə təcrübəsinin olması;
• Müəyyən olunmuş müddət daxilində işi nəticələndirmək qabiliyyəti;
• Analitik düşünmə bacarığı;
• Rus və ingilis dili bilikləri;
Əsas vəzifələr:
• Risk və daxili nəzarət sistemindəki boşluqları müəyyən etmək üçün İT sistemlərinin dizaynını və arxitekturasını, iş axışlarını anlamaq və tətbiq etmək;
• İnformasiya Texnologiyalarında idarəetmənin dizaynı və effektivliyini qiymətləndirmək üçün İT audit işini planlaşdırmaq və icra etmək;
• İT fövqəladə hallar planı ilə işləmək;
• İT təhlükəsizlik barədə qayda və prosedurları hazırlamaq, təlim və tətbiqini həyata keçirmək;
• Penetrasiya testlərinin tətbiqi və şəbəkə, server, antivirus və s. yoxlamaq;
• Mövcud risklərin qiymətləndirilməsi, audit layihələrinin icrası və prosedurların tətbiqi prosesində müəyyən olunmuş boşluqların ortadan qaldırılması yolu ilə İT audit işinin inkişafına dəstək vermək.
Göstərilən tələblərə cavab verən namizədlər iyun ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində Sistem və Təhlükəsizlik inzibatçısı qeyd etməyiniz vacibdir.
İşin aid olduğu sahə
Kateqoriya | İT |