AFB Bank İpoteka filialı üçün Baş Mütəxəssis (Baş Əməliyyatçı) vakansiya elan edir
Vəzifə: Baş Əməliyyatçı
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil;
• Ən azı 3 il Bank təcrübəsinin olması (Müştəri xidmətlərin strukturlarında);
• Mükkəmməl Azərbaycan dili biliklərinə malik olmaq;
• İngilis, rus dili bilənlərə üstünlük verilir;
• İnsanlarla düzgün ünsiyyət qura bilmək və iş bacarığının olması;
• Yüksək ünsiyyətqurma və komandada işləmək bacarığı;
• MS Office proqram bilikləri;
İŞİN TƏSVİRİ:
• Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
• Müştərilərə bank hesablarının açılması,bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
• Müxtəlif xidmət sahələri(əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək vəmüvafiq əməliyyatları həyata keçirmək;
• Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi
• Müştərilərin vergi, məhkəmə orqanları və DSMF tərəfindən müştəri hesabları ilə bağlı verilmiş sərəncamların reyestrini aparılması, bu barədə müştərilərin məlumatlandırılması və icrasını təmin edilməsi;
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Baş Mütəxəssis (Baş Əməliyyatçı)” qeydi edərək [email protected] elektron ünvanına göndərməyi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |