Vəzifə: Fəaliyyətə başlaması nəzərdə tutulan Bankın “Mərdəkan” filialının Kredit şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili;
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır;
• Problemli kreditlərin həlli istiqamətində bilik və bacarığının olması;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri;
İŞİN TƏSVİRİ:
• Müştəriyə bankın kredit məhsullarına dair məlumatın verilməsi;
• Kredit müraciətlərinin qəbulu və analizi;
• Müraciətlərin Bankın kredit komitəsində müdafiəsi;
• Kredit sənədlərinin tərtibi;
• Kredit portfelinə nəzarət və idarə etmək;
• Müştəri hesablarının aparılmasına nəzarət;
• Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
İşin aid olduğu sahə
Kateqoriya | Kredit işçisi |