11 C
Baku
Monday, November 18, 2024

Yumşaq valyuta nədir?

0

Have a Question?

Yumşaq valyuta (ing. soft currency) – iqtisadi və siyasi amillər səbəbindən nisbətən ciddi volatinliyə (dəyişkənliyə) məruz qalan, konvertasiya olunmayan və ya məhdud konvertasiya olunan valyutadır. Sərt və ya sərbəst konvertasiya olunan valyutanın əksidir.

Hansı valyutanın yumşaq, hansının isə sərt olduğunu müəyyən edən vahid tərif və sərhəd yoxdur. Lakin adətən maliyyəçilər yumşaq valyutanı aşağıdakı xüsusiyyətlərlə fərqləndiyini qeyd edirlər:

1. Yumşaq valyutalar siyasi şəraitdən, seçkilərdən və digər ictimai proseslərdən daha çox asılı olurlar.

2. Yumşaq valyuta məzənnələri dünya bazarlarındakı (məsələn, xammal və ya enerji, kənd təsərrüfatı məhsulları və s.) iqtisadi şəraitə görə ciddi volatinliyə (dəyişkənlik) məruz qalırlar. Əgər dünyanın aparıcı valyutalarının kotirovkalarına əsasın ÜDM-un artması, inflyasiya, işsizlik və digər makroiqtisadi göstəricilər kimi daxili amillər təsir göstərirsə, yusaq valyutalar belə məlumatların dərcindən təsirlənmir. Əksinə, onlar mövsümilikdən, ixracatçı və idxalçıların tələb və təklifindən asılı olurlar.

Çox vaxt yumşaq valyutaları olan ölkələrdə iki pul sistemi mövcud olur: rəsmi (mərkəzi banklar tərəfindən dəstəklənir) və kölgə (hesablaşmaların böyük hissəsi başqa valyutada – sərt valyutada həyata keçirilir). Qanunvericilik qadağalarına baxmayaraq, bahalı mal və xidmətlərin qiymətləri milli pul vahidlərində göstərilmir.

Yumşaq valyuta bazarı qanunla məhdudlaşdırılıb. Çox vaxt bu cür valyutaların rəsmi kotirovkaları bazar qiymətlərindən fərqlənir. Bəzi hallarda məzənnə süni şəkildə şişirdilə, sabit valyutaya və ya sabit valyutalar səbətinə bağlanıla bilər.

Qeyd etmək lazımdır ki, yumşaq valyutanı yumşaq edən amil tək bu deyil. Bir çox hallarda, valyutanı sərt və ya yumşaq valyutaya aid etmək üçün investorların etimadıdır.

Yumşaq milli valyutalar əksər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatları üçün səciyyəvidir. Yumşaq valyutalar bazarı Forex kimi inkişaf etmiş olmasa da, mövcuddur. Onların yüksək dəyişkənliyi olduqca riskli, lakin eyni zamanda qazanclı əməliyyatlar aparmağa imkan verir.