Company: Kontakt Home
Vacancy: Aparıcı mühasib
Vəzifə öhdəlikləri:
• Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
• Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi;
• Vergi və mühasibat uçotunun aparılması;
• Əməliyyatların qanunvericiliyə uyğun aparılmasına nəzarət etmək;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
• Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
• Ali iqtisadi təhsil;
• Mühasibatlıq üzrə ən azı 3 il iş təcrübəsi;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
İş şəraiti:
– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00
– Əmək haqqı: razılaşma yolu ilə
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Aparıcı mühasib” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Mühasib |