10 C
Baku
Thursday, December 12, 2024

Bankın aktivləri

0

Have a Question?

Bankın aktivləri dedikdə, kredit təşkilatına məxsus əmlak obyektləri nəzərdə tutulur. Kommersiya bankının aktivi bankın kapitalı, müştərilərin vəsaiti, banklararası kreditlər, istiqrazla və s. hesabına formalaşır.

Bank aktivlərinin ən vacib xüsusiyyətlərindən biri onların qazanc gətirməsidir. Bankın aktivləripassivləri bir-birinə yaxın, eyni zamanda tamamilə fərqli anlayışlardır. Daha sadə dildə desək, kredit banka qazanc gətirən aktivdir, müştərinin depoziti isə passiv hesab olunur, çünki bu halda bank müştəriyə faiz ödəməyə məcburdur.

Bankın mənfəətinə birbaşa təsir edən amillər arasında bank aktivlərinin idarə edilməsini və bank aktivlərinin keyfiyyətini ayırd edə bilərik. Müxtəlif vaxt kəsiyinin nəticələrinə əsasən bankın aktivləri və mənfəətinin təhlili onun nə qədər səmərəli fəaliyyət göstərdiyini müəyyən etmək olar. Bank aktivləri ənənəvi olaraq ayın, rübün və ilin nəticələrinə əsasən qiymətləndirilir.