7 C
Baku
Thursday, December 12, 2024

Kvalifikasiyaların tanınması departamentinin direktoru – Təhsildə Keyfiyyət Təminatı Agentliyi

0
Kvalifikasiyaların tanınması departamentinin direktoru – Təhsildə Keyfiyyət Təminatı Agentliyi
Bakı
06.08.2020

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Kvalifikasiyaların tanınması departamentinin direktoru” vakansiyası elan edir

Ümumi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömür boyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi”nə (AzMKÇ) və Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq ölkədə təhsilin keyfiyyətinin təmin olunması məqsədilə kvalifikasiyaların müvafiq dövlət təhsil standartlarına əsaslanması nəzərdə tutulmuşdur. Kvalifikasiyaların tanınması təhsilin bütün pillələri və səviyyələri üzrə təhsilalanların bilik, bacarıq və səriştələrini müəyyənləşdirir. Bu sənəd ölkə daxilində kvalifikasiyaların beynəlxalq təcrübəyə uyğun sistemləşdirilməsində mühim rol oynayacaq, beynəlxalq mobilliyi və milli kvalifikasiyaların xaricdə tanınmasını asanlaşdıracaq, ixtisasların və diplomların tanınmasına imkan yaratmaqla Azərbaycan vətəndaşlarının xaricdə təhsilinə və işləməsinə əlverişli şərait yaradacaqdır.

Vəzifə

Sizin vəzifəniz müvafiq sahədə qanunvericilik aktlarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək, peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması ilə bağlı, habelə qiymətləndirmə nəticəsində onların peşə standartlarına uyğunluğunu müəyyən edən metodikaları hazırlamaq və tətbiqini təmin etmək olacaqdır.

Məsuliyyət

• Tabeliyində olan şöbələrin fəaliyyətini təşkil etmək və tənzimləmək;
• Şöbələr arasında iş prosesinin düzgün qurulmasına nəzarət etmək, şöbənin müdirlərindən hesabatları tələb etmək, onların hazırlanmasına və düzgünlüyünə nəzarət etmək;
• Prosesləri inkişaf etdirmək, yüksək motivasiyalı iş mühiti yaratmaq və innovativ yanaşmalar tətbiq etməklə təşkilatın səmərəliliyini təmin etmək;
• Riskləri və problemləri analiz etmək və aradan qaldırılmasını təmin etmək;
• Xarici ali təhsil sənədlərinin tanınması prosesinə rəhbərlik etmək;
• Qeyri-formal və informal təhsil vasitəsi ilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması prosesinə rəhbərlik etmək;
• Qeyri-formal və informal təhsil vasitəsi ilə əldə olunmuş kvalifikasiyaların tanınması ilə bağlı cəlb olunacaq mütəxəssislərin seçimi prosesinə nəzarət etmək;
• Xarici kvalifikasiyalar əsasında daxili kvalifikasiyalar reyestrinin hazırlanmasını təmin etmək;
• Təhsildə Keyfiyyət Təminatı Agentliyində Milli Məlumat Mərkəzinin (ENİC) işinin təşkilini təmin etmək;
• “EAR Manual” – Avropa Tanınma Nizamnamməsinə istinadən yeni Tanınma Qaydalarının təfsiri xüsusiyyəti daşıyan Təlimatın hazırlanmasını təmin etmək;
• Yeni Tanınma Qaydalarının təsdiq olunmasına və tətbiqinə nəzarət etmək;
• Əmək bazarının tələbinə uyğun olaraq, xarici kvalifikasiyalar əsasında yaradılması zəruri hesab edilən ixtisasların siyahısının hazırlanmasını təmin etmək;
• Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətləri həyata keçirmək.

Tələblər

• Ali təhsil;
• 3 ildən az olmayan idarəetmə stajı;
• İngilis və Rus dillərini yüksək səviyyədə bilmək;
• Analitik, strateji düşünmə, korporativ idarəetmə və problem həlletmə qabiliyətinə sahib olmaq.
• Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarının istifadə bacarığı;
• Beynəlxalq təcrübənin öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
• Monitorinq və qiymətləndirmə bacarığı;

Üstünlüklər

1. Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
2. Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
3. Ölkə ərazisində spesifik bir sahənin rəhbəri olmaq imkanı;
4. Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Son müraciət tarixi: 06.09.2020

Göstərilən tələblərə cavab verən namizədlər öz CV- lərini [email protected] elektron ünvanına mövzu yerinə “Kvalifikasiyaların tanınması departamentinin diektoru” qeyd etməklə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər