Express Bank ASC-nin Reklam və marketinq şöbəsində aktiv PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis vakansiyası mövcuddur.
Vakansiya üzrə tələblər:
– Ali təhsil (PR, marketinq, jurnalistika, iqtisadiyyat və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi arzuolunandır).
– İctimaiyyətlə əlaqələr sahəsində minimum 3 il iş təcrübəsi;
– Mükəmməl Azərbaycan və rus dili (ingilis dili arzuolunandır)
– Kreativ və analitik düşüncə tərzi;
Vəzifə üzrə öhdəliklər:
– Bankın PR strategiyasının hazırlanması;
– PR fəaliyyəti üçün plan və büdcənin hazırlanması;
– Mövcud media əlaqələrinin saxlanılması və yenilərinin qurulması;
– Mətbuat konfranslarının, brifinqlərin, müsahibələrin və reportajların təşkili;
– Press relizlər, çıxışlar, müsahibələr üçün məzmunun yaradılması;
– KSM və sponsorluq layihələrinin təşkili və idarəolunması;
– Daxili və xarici kommunikasiya kanalları üçün mətnlərin hazırlanması.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “PR üzrə böyük mütəxəssis /aparıcı mütəxəssis/ mütəxəssis” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |