15 C
Baku
Tuesday, November 19, 2024

Vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə cinayət məsuliyyəti barədə

0

Have a Question?

Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayət əməli hesab edilir və cinayət məsuliyyəti yaradır. “Xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə iki yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Cinayət əməli yalnız əsas vergilər üzrə borclar, ödənilməyən işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqları üzrə yaranır.

Əsaslandırma: Vergi Məcəlləsinin 53.1-ci maddəsi, Cinayət Məcəlləsinin 213-cü maddəsi