6 C
Baku
Saturday, December 14, 2024

Filialdaxili proseslərə nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank

0
Filialdaxili proseslərə nəzarət şöbəsinin mütəxəssisi – Xalq Bank
Bakı
25.11.2021

Namizədə dair tələblər: 

  • İqtisadiyyat, maliyyə və hüquq üzrə ali magistr təhsili;
  • Hərbi xidməti bitirən və ya möhlət hüququ olan (oğlanlar üçün);
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Hesabatlarının hazırlanması üzrə təcrübə və ya biliklər;
  • Dil bilikləri: İngilis və Rus dili orta səviyyədə.

İşin təsviri: 

  • Kurasiyasında olan filial/şöbələrin fəaliyyətinə ümumi şəkildə nəzarət edilməsi;
  • Şöbənin işi ilə əlaqədar daxili qeydiyyat cədvəllərini doldurur və müvafiq dəyişikliklərin edilməsi;
  • Rəhbərlik tərəfindən tələb olunan filial/şöbələrin fəaliyyəti ilə bağlı və  digər məlumatların təqdim edilməsi;
  • İxrac təşviqinin ödənilməsi ilə əlaqədar köçürmələri təsdiq edən bank sənədlərinin təsdiq və təqdim olunması;
  • Filial/şöbələrin fəaliyyəti ilə bağlı aylıq hesabatların hazırlanması;
  • Şöbə tərəfindən tərtib edilmiş və tələb olunmuş hesabatları kurasiyasında olan filial /şöbələrdən toplanması;
  • Kurasiyasında olan filial/şöbələrdən daxil olan sualları şöbənin səlahiyyətləri çərçivəsində olduqda cavablandırılması, şöbənin səlahiyyətləri çərçivəsində olmadıqda müvafiq struktur bölmələrə yönləndirilməsi;
  • Rəhbərliyin filial/şöbələrin rəhbərləri ilə görüşlərini təşkil edir, görüşlərin nəticələrini hesabat formasında rəhbərliyə təqdim edilməsi;
  • İdarə rəisinin və şöbə rəisinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirilməsi.

QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.

Əlaqə vasitələri: 

Telefon:  (012) 404 43 39

Faks: (012) 404 43 34

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi