Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Kompleks Tədqiqatlar Laboratoriyasının (KTL) Şamaxı aqrokimya bölməsinə işə qəbul üçün müsahibə elan edir.
Kimyaçı və keyfiyyətə nəzarət üzrə mütəxəssis vəzifələri üzrə çalışmaq istəyən şəxslər işə qəbul üçün müraciət edə bilərlər.
Namizədlərdən özləri barədə məlumatlara dair anket formasını (CV) mövzu yerinə “Şamaxı” yazaraq [email protected] elektron poçt ünvanına göndərmək xahiş olunur.
Qeyd edək ki, KTL-in Şamaxı aqrokimya bölməsinin əsas fəaliyyət istiqaməti torpaq, su, bitki qulluq və mühafizə vasitələrində (pestisidlər və gübrələr) mikrobioloji müayinələrin həyata keçirilməsidir.
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |