10 C
Baku
Wednesday, December 11, 2024

Problemli kreditlər üzrə mütəxəssis – İnternational BOKT

0
Problemli kreditlər üzrə mütəxəssis – İnternational BOKT
Bakı
12.12.2023

“INTERNATIONAL BOKT” Bank Olmayan Kredit Təşkilatı Problemli kreditlər üzrə mütəxəssis vəzifəsinə işçi axtarışı elan edir

Təsvir:

  • Hesabatların təhlil edilməsi yolu ilə kredit portfelinin keyfiyyətinə gündəlik nəzarət etmək;
  • Bankın mövcüd kredit portfeli üzrə mütəmadi təhlillər aparmaq, kredit üzrə ödənişləri təhlükə altına ala biləcək bütün risk-yönümlü məlumatları əldə etmək;
  • Kreditlərin problemli kreditə çevrilmə təhlükəsini öncədən müəyyən etmək və bu təhlükənin aradan qaldırılması istiqamətində müvafiq tədbirləri həyata keçirmək;
  • Borcalanların kredit ödənişlərinə nəzarət etməklə, onların ödəniş intizamını müəyyən etmək;
  • Borcalanların vaxtı keçmiş borcu yarandıqda, bu borcun ödənilməsinə yönəldilmiş təqib işinin və vaxtı keçmiş borcların sağlamlaşdırılması istiqamətində aparılan digər tədbirlərin filiallar tərəfindən tam və vaxtında aparılmasına nəzarət etmək;
  • Təsdiq olunmuş kreditlər üzrə kredit rəylərinin düzgün tərtib olunmasına və iqtisadi-maliyyə təhlilin tam aparılmasının yoxlanılması məqsədilə səyyar monitorinqlər aparmaq;
  • Borcalanlar tərəfindən kreditlərin təyinatına uyğun olaraq istifadə etməsinə nəzarət etmək;
  • Monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Kredit üzrə girov/ipoteka qismində rəsmiləşdirilmiş əmlakın mövcudluğunun və likvidliyinin yoxlanılması məqsədilə monitorinq aparmaq.
  • İş rejimi :  9:00-18:00
  • Əmək haqqı 500-1000+ bonus

Xüsusi tələblər

  • Kredit sahəsində (Biznes kreditləri sahəsində iş təcrübəsi arzuolunandır) minimum 1 il iş təcrübəsi;
  • Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
  • Analitik düşüncə və detallara fikirvermə qabiliyyəti;
  • Stressə davamlılıq, komandada və regionlara ezam olunaraq işləmə bacarığı;
  • Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün).

Mövzu adı qeyd etməklə Cv-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

Müraciət etmək üçün: [email protected]

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi