15 C
Baku
Sunday, November 24, 2024

Trappinq nədir?

0

Have a Question?

Trappinq və ya “Livan kəndiri” – ATM fırıldaqçılığın növlərindən biridir. Fırıldaqçı şəxs kartriderə (ATM-in kart salınan yeri) fotoplyonka parçasını və ya hər hansısa digər material salır ki, müştərinin kartı bankomatın içində ilişib qalsın. Müştəri bankomatda pul çıxarmaq üçün kartriderə kartını salır və geri götürə bilmir. Sonda fırıldaqçı xüsusi zərfin içinə düşmüş kartı özünə götürür.

Kart “tələyə” düşdüyü anda fırıldaqçı müştəriyə yaxınlaşaraq, ona PİN kodu təkrar yığmağı təklif edir. “Uğursuz” cəhdlərdən sonra fırıldaqçı müştəriyə banka müraciət etməyi tövsiyə edir. Hadisənin qurbanı getdikdən sonra zərfin içindəki kart fırıldaqçının əlinə düşmüş olur.

Bu kimi hadisələrin qarşısını almaq üçün heç bir halda kartın PİN kodu haqqında məlumatı üçüncü şəxslərə ötürməyin. Hər hansısa problem yarandıqda, dərhal bankın müştəri xidmətləri mərkəzinə müraciət etmək lazımdır.