8.6 C
Baku
Thursday, November 28, 2024

İnsan resursları üzrə kiçik mütəxəssis – Domino’s Pizza Azerbaijan

0
İnsan resursları üzrə kiçik mütəxəssis – Domino’s Pizza Azerbaijan
Bakı
20.07.2020

Domino’s Azərbaycan “İnsan resursları üzrə kiçik mütəxəssis” axtarır!

Şirkət barədə

Domino’s dünyanın ən nəhəng pizza restoranlar şəbəkəsindən biridir. Amerikan brendidir və əsası 1960-ci il iyunun 11-də ABŞ-ın Miçigan ştatında qoyulub. Domino’s çatdırılmada dünya lideridir və dünya üzrə hər gün 1 milyondan artıq pizza çatdırır. Domino’s Azərbaycanda 2014-cu ilin dekabr ayından fəaliyyət göstərir. Ərazinizdən asılı olaraq sifarişləriniz çantalarda saxlanılaraq, 30 dəqiqə ərzində isti-isti çatdırılır.

İş barədə məlumat

• E-gov, e-sosial portallarında bütün lazımı əməliyyatları icra etmək,
• Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
• Sənədlərin təhlükəsizliyinin təmin olunması üçün ehtiyat nüsxələrinin saxlanması və arxivləşdirmə.
• Davamiyyətin izlənməsi,Aylıq tabellərin hazırlanması;
• İşçilərin şəxsi işlərinin formalaşdırılması və müntəzəm olaraq dəyişikliklərin qeydiyyatının aparılması;
• Əmək kitabçalarının doldurulması
• İşçilərin daimi icbari sığorta edilməsi

Namizədə dair tələblər

• Ali təhsil;
• Bu sahədə minimum 1 il iş təcrübəsi ( Sertifikatı olanlara üstünlük veriləcək )
• Yaş həddi 25 -35
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl şəkildə bilməsi;
• Kargüzarlıq haqqında yüksək səviyyədə biliklərin olması;
• MS Office (Word, Excel) kompüter proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
• Elektron Hökumət Portalında işləmə bacarıqları (işə qəbul, xitam, vəzifə dəyişiklikləri, analıq məzuniyyəti, müavinətlər, xəstəlik vərəqələri və s. modullar ilə işləmək bacarığı)
• E – sosialda aktiv vakansiyaların yerləşdirib , ləğv edilməsi
• Stresə davamlı, tələbkar, məsuliyyətli, ixtisasını daim təkminləşdirməli;
• Problemləri təhlil və həll etmə bacarığı.
• Azərbaycan dilində yazılı və şifahi olaraq sərbəst ünsiyyət bacarığı, Rus dili yaxşı səviyyədə bilməli, İngilis dilini bilməsi üstünlükdür.

İş şərtləri

• Həftədə 5 iş günü , 09:00 – 18:00
• Əmək haqqı namizədin peşəkar təcrübə, bilik, bacarıqları əsasında təyin edilir( 400-500 AZN)
• Korporativ nömrə və nahar şirkət tərəfindən təmin edilir.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu yerində (subject) “İnsan resursları üzrə kiçik mütəxəssis” qeyd edərək [email protected] ünvanına göndərməkləri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, İnsan Resursları (HR)