Bakı
04.04.2023
Vakansiyanın təsviri
- Kapital bazarı üzrə AMB-nin siyasətinə əsasən qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin, investisiya fondlarının və onların idarəçilərinin fəaliyyətinə nəzarətin, növbəti və növbədənkənar yoxlamaların, hərtərəfli və məqsədli yoxlamaların həyata keçirilməsinin təşkili;
- Kapital bazarında təhdid yaradan risklərin müəyyənləşdirilməsi, onların qiymətləndirilməsi, monitorinqinin aparılması və mitiqasiyası ilə təkliflərin hazırlanmasının təşkili;
- Qiymətli kağızlar bazarında sui-istifadənin qarşısının alınması istiqamətində, habelə manipulyasiyalara və insayd məlumatları istifadə etməklə keçirilən əməliyyatların qarşısının alınması üçün müvafiq tədbirlərin təşkili;
- Zəruri hallarda aktivlərin dondurulmasında və həbsin qoyulmasında iştirak;
- Lisenziya almadan nəzarət və tənzimləmə dairəsində daxil olan fiziki və hüquqi şəxslərin fəaliyyətinin dayandırıması barədə tədbirlərin təşkili;
- Emitentlər tərəfindən hesabatların təqdim edilməsinə, məlumatların açıqlanmasına və “Məlumatların Elektron Açıqlanması Sistemin”nə daxil olunmasına nəzarətin təşkili;
- Müvafiq qanunvericiliyin tələblərini pozan şəxslərə icrası məcburi göstərişlərin, habelə digər inzibati icraat tədbirlərinin tətbiqi üzrə təkliflərin hazırlanması;
- Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslərin fəaliyyəti üzrə müvafiq sorğulara rəyin verilməsi, o cümlədən, qanunvericiliyə uyğun olaraq nəzarət subyektlərin ləğvi ilə əlaqədar təkliflərin verilməsi;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi, araşdırmaların aparılması işinin təşkili;
- Müvafiq normativ metodoloji bazanın hazırlanması və təkmilləşdirməsində iştirak.
Xüsusi tələblər
- Təhsil İqtisadiyyat Ali təhsil , Maliyyə Ali təhsil , Hüquq Ali təhsil
- Texniki biliklər Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında qanun Yüksək səviyyədə
- Qiymətli kağızlar bazarı haqqında qanun Yüksək səviyyədə
- İnvestisiya fondları haqqında qanun Yüksək səviyyədə
- Mülki Məcəllənin 4-cü və 54-cü fəsilləri Yüksək səviyyədə
- Qiymətli kağızlar bazarının tənzimlənməsi üzrə normativ baza Yüksək səviyyədə
- Ümumi iqtisadiyyat Yüksək səviyyədə
- Maliyyə sistemi, maliyyə bazarları və alətləri Yüksək səviyyədə
- Maliyyə hesabatlığı Yüksək səviyyədə
- İnvestisiya portfelinin idarə olunması Yüksək səviyyədə
- Təcrübə Mərkəzi Bankda, maliyyə sektorunda, investisiya sahəsində və ya iqtisadi sektorda iş təcrübəsi 5 il
- Dil bacarığı Azərbaycan dili Yüksək səviyyədə , İngilis dili Yaxşı səviyyədə
- Kompüter bacarığı MS Office proqramları, xüsusilə MS Excel Yaxşı səviyyədə
- Sertifikatlar CFA, ACCA, CİMA və ya kapital bazarı sahəsində digər peşəkar sertifikatlar Arzuolunandır
- Analitik təhlil etmə
- Araşdırma aparma
- Məsuliyyətlilik
- Stressə davamlılıq
- Təşəbbüskarlıq
- Ünsiyyətqurma və komandada işləmə
- Vaxtın idarə edilməsi
- Liderlik kompetensiyaları
- Dəyişikliklərin idarəedilməsi
- İdarəetmə
- Qərar qəbuletmə
- Təşkilatçılıq və planlaşdırma
Müraciət üçün (CV): https://www.cbar.az/hr/f?p=100:106
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |