Bakı
10.05.2023
İşiniz nədən ibarətdir?
- Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
- Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması. Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması.Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
- Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
- Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
- Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
- Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
- Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
- Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
- Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
- Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.
Sizdən nə tələb olunur?
- Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
- Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
- Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə),
- Kompüter bilikləri: “Microsoft Office” (“Excel”, “Word”)
- Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
- Digər tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |