10 C
Baku
Friday, December 13, 2024

Müştəri xidmətləri üzrə mütəxəssis – İcbari Sığorta Bürosu

0
Müştəri xidmətləri üzrə mütəxəssis – İcbari Sığorta Bürosu
07.11.2019

İcbari Sığorta Bürosu (İSB) Müştəri xidmətləri üzrə mütəxəssis vəzifəsinə işçi axtarır. Ali təhsilli və Azərbaycan, rus və ingilis dillərində əla səviyyədə (yazılı və şifahi) bilən şəxslər vəSığorta sahəsi üzrə iş təcrübəsi olanlara üstünlük verilir.Namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi 30 noyabrdır.

Namizədə dair tələblər:

– Kompüterdən ümumi istifadə qaydalarını bilməli, MS Office proqramlarının istifadəsi ilə bağlı ümumi vərdişlərə malik olmalı;
– Komandada işləmək, qərar qəbul etmək bacarığı və stress şəraitində işləmək qabiliyyəti, məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalı;
– “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunları bilməli

İşin təsviri:

– Kompensasiya ödənişləri ilə əlaqədar müraciət edən şəxlərə izahatlar vermək, onlardan müvafiq sənədləri qəbul etmək
– Şöbəyə ünvanlanmış müraciətlərə baxmaq, müraciətlərin və sorğuların cavablandırmaq.
– Əməkhaqqı 1000 AZN (gross) təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30.11.2018-cı il tarixinədək [email protected] ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)
Telefon: 012 595 00 20 (135)

İşin aid olduğu sahə

KateqoriyaSığorta