6 C
Baku
Sunday, December 15, 2024

Korporativ satış üzrə qrup rəhbəri – Mega Insurance

0
Korporativ satış üzrə qrup rəhbəri – Mega Insurance
Bakı
23.11.2023

Namizədlərə olan tələblər:

  • Təhsil: Ali
  • Axtardığımız şəxsi keyfiyyət: Müştərilərlə rahat ünsiyyət qurmaq və inandırmaq bacarığı
  • İş təcrübəsi: Sığorta sektorunda biznesin inkişafı və satış sahəsində təcrübəsi olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan dili (əla), rus və ingilis dili (yaxşı)

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər təşkil etmək
  • Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsullarını təklif etmək, sığorta şərtləri və təminatı haqqında müştərinin dəqiq məlumat almasında onlara köməklik göstərmək
  • Sığorta məhsullarının satışı üzrə müəyyən olunmuş aylıq, rüblük və illik satış planlarını yerinə yetirmək.

İş şərtləri:

  • Əmək müqaviləsi əsasında
  • İş qrafiki: I-IV günlər (09:00-18:00), V gün (09:00-17:00). Şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir
  • Əmək haqqı: Namizədin təcrübə, bilik və bacarıqlarına əsasən təyin olunur. Əmək haqqından əlavə olaraq rüblük və illik bonus verilir.

Zəhmət olmasa mövzü bölməsində “Korporativ satış” qeyd etməklə CV-nizi (CV fotoşəkil ilə olmalıdır) e-mail ünvanına göndərin.

Vakansiya tələblərinə  uyğunluq üzrə ilkin seçimdən keçən namizədlər müsahibəyə dəvət olunacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta