9 C
Baku
Thursday, December 12, 2024

ERP 1C Developer (1C Programçı) – Xalq Sığorta

0
ERP 1C Developer (1C Programçı) – Xalq Sığorta
Bakı
02.02.2024

Tələb olunan bilik və bacarıqlar:

  • Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus dili -yaxşı; ingilis dili– yaxşı;
  • Texniki və istifadəçi sənədlərinin yaradılması üzrə biliklər.

Namizədə dair gözləntilər və xüsusi tələblər:

  • IT və Proqramlaşdırma ixtisasları üzrə ali təhsil;
  • 1C proqramlaşdırma, texniki dəstək, proqram inzibatçılığı sahəsində minimum 2 il iş təcrübəsi;
  • Sərbəst araşdırma qabiliyyəti, alqoritmik düşünmə, komandada işləmək bacarığı və məsuliyyətlilik;
  • Problem həlletmə, detallara diqqət yetirmə; işə sistemli yanaşma;
  • Mühasibat uçotu anlayışlarını güclü şəkildə başa düşmək;
  • 1C 8.3 platforması və idarə olunan formalarla təcrübə;
  • 1C arxitektura anlayışı: registrlərin strukturu; indekslər; registrin virtual və fiziki cədvəlləri;
  • SQL biliyi və 1C-DBMS qarşılıqlı əlaqəsini başa düşmək;
  • Data kompozisiya sxemi (СКД) hesabatları ilə təcrübə;
  • Veb-müştəri inkişafı: müştəri-server arxitekturasını dərindən başa düşmək; optimallaşdırma üsulları;
  • Veb xidmətləri və HTTP xidmətləri ilə təcrübə;
  • Elektron sənəd dövriyyəsi ilə bağlı biliklər.

Vəzifə öhdəlikləri:

  • 1C üzrə məlumat bazasının idarə edilməsi – Təkmilləşdirmələrin, yenilənmələrin həyata keçirilməsi zamanı şirkətin arxitekturasının bütövlüyünün qorunmasına nəzarət;
  • 1C üzrə konfiqurasiyasının idarəedilməsi – Konfiqurasiyanın tətbiq sahəsinin cari tələblərə, şirkətin hesabat siyasətinə və qanunun tələblərinə uyğun olmasını təmin etmək, yeni konfiqurasiyaların yaranmasının, onun yenilənməsinin monitorinqini aparmaq;
  • 1C üzrə proqramlaşdırma layihələrinin icrası – Biznes proseslərinin 1C sisteminin imkanlarına uyğunlaşdırılması üçün texniki həllərin hazırlanması, proqram kodlaşdırmalarına nəzarət edilməsi, praktik istifadədə biznes proseslelərə və hesabatlığa uyğun olmasının təhlili, düzgün işləmədikdə kodda dəyişikliklərin edilməsi;
  • 1C üzrə texniki dəstək – 1C istifadəçilərinə gündəlik yaranan problemlərin həllində dəstək olmaq.

 Əlavə məlumat:

  • İş qrafiki: 5 günlük iş həftəsi (08:30-17:30);
  • İş yeri: Bakı şəhəri
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (ERP 1C Developer) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.       [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta